Səbail rayonunun ən prestijli və tarixi ərazilərindən birində, İçərişəhər metro stansiyasının yaxınlığında restoranının yerləşən tam təmirli və tam əşyalı 3 otaqlı mənzil uzunmüddətli kirayə verilir.
Mənzil şəhərin mərkəzində, Səbail rayonunun ən əlverişli nöqtələrindən birində yerləşir. İçərişəhər metro stansiyasına piyada bir neçə dəqiqəlik məsafədədir. Ətrafda Bulvar, Fəvvarələr Meydanı, İçərişəhər tarixi qoruğu, məktəblər, uşaq bağçaları, supermarketlər, apteklər, banklar, restoranlar, kafelər və digər sosial obyektlər fəaliyyət göstərir. İctimai nəqliyyata rahat çıxış mövcuddur və şəhərin istənilən istiqamətinə qısa müddətdə getmək mümkündür.